Bank Of Baku

Memarlar İttifaqının birinci katibi Almaniyanın və Belarusun Azərbaycandakı səfirləri ilə görüşüb

Memarlar İttifaqının birinci katibi Almaniyanın və Belarusun Azərbaycandakı səfirləri ilə görüşüb
# 24 yanvar 2008 11:10 (UTC +04:00)
Yanvarın 23-də Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stankina Memarlar İttifaqının birinci katibi Elbəy Qasımzadə və beynəlxalq əlaqələr üzrə katibi Fərhad Mollazadə ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə ölkələr arasında mədəniyyət və memarlıq sahələrində əlaqələrin təşkili, memarların tədbirlərdə birgə iştirakı və sıx əməkdaşlığı məsələləri müzakirə edilib və müvafiq razılıq əldə olunub. Həmin gün Azərbaycan Memarlıq və İnşaat Universitetində universitetin rektoru, Memarlar İttifaqının katibi Gülçöhrə Məmmədova və Elbəy Qasımzadə Belarus Respublikasının səfiri Nikolay Patskeviçlə görüşüb. Görüşdə azərbaycanlı və belorus memarlarının əməkdaşlığı müzakirə olunub və birgə tədbirlərin keçirilməsi imkanları qeyd edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR