Bank Of Baku

Nizami məqbərəsi üzərində kiril əlifbası ilə olan yazılar latın hərfləri ilə dəyişdiriləcək

Nizami məqbərəsi üzərində kiril əlifbası ilə olan yazılar latın hərfləri ilə dəyişdiriləcək
# 29 yanvar 2008 13:27 (UTC +04:00)
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsinin üzərində kiril əlifbası ilə olan yazılar latın hərfləri ilə əvəzlənəcək. Bu barədə APA-nın Qərb bürosuna “Nizami” Məqbərə Kompleksinin direktoru Gülnarə İsmayılova məlumat verib. Onun sözlərinə görə, dahi şairin adının yeni qrafikada yazılışına dair eskizlər hazırdır: “Məqbərənin girişindəki kiril əlifbası ilə yazılmış yazının latın qrafikasına dəyişdirilməsi gələcək nəsillərin və şəhərimizin qonaqlarının Nizami adını daha rahat oxuması üçün edilir. Artıq Gəncə şəhər Memarlıq İdarəsi əməkdaşları tərəfindən müvafiq eskizlər hazırlanıb və yaxın iki həftə müddətində əzəmətli məqbərənin üzərində dahi şairin adı latın hərfləri ilə əks olunacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR