Bank Of Baku

Heydər Əliyev adına Sarayın əsaslı təmiri iyunun sonlarında başa çatacaq

Heydər Əliyev adına Sarayın əsaslı təmiri iyunun sonlarında başa çatacaq
# 30 yanvar 2008 16:04 (UTC +04:00)
Heydər Əliyev adına Sarayın əsaslı təmiri iyunun sonlarında başa çatacaq. APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sarayın yenidən qurulması işinə bir sıra ölkələrdən mütəxəssislər cəlb olunduğunu deyib: “Heydər Əliyev adına Sarayın əsaslı təmir işləri öz qaydası ilə davam edir. Hazırda sarayın təmirinə Türkiyə, İtaliya, Fransadan mütəxəssislər cəlb olunub. Sarayda bütün akustika yeniləşir, kino, işıq avadanlığı qoyulur. Bu proses çətin olduğu üçün uzun müddət tələb olunur. Sarayın akustikası ilə hazırda Almaniya və Türkiyədən dəvət olunmuş mütəxəssislər məşğul olur”. Nazirin sözlərinə görə, sarayın əsaslı təmirinin iyunun sonlarında başa çatması nəzərdə tutulub. Əsaslı təmir işləri başa çatdıqdan sonra sarayın açılış günü müəyyənləşdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR