Bank Of Baku

Əbülfəs Qarayev: “Bakı Bələdiyyə Teatrı və Bakı Kamera Teatrı fəaliyyətini dayandırmayacaq”

Əbülfəs Qarayev: “Bakı Bələdiyyə Teatrı və Bakı Kamera Teatrı fəaliyyətini dayandırmayacaq”
# 30 yanvar 2008 16:07 (UTC +04:00)
“Bakı Bələdiyyə Teatrı və Bakı Kamera Teatrı fəaliyyətini dayandırmayacaq”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev verib. Nazir hətta bu teatrların “Şəhriyar” Mədəniyyət Mərkəzində fəaliyyət göstərəcəyini də təkzib etməyib: “Ola bilər ki, bu teatrlar əsaslı təmir başa çatdıqdan sonra “Şəhriyar” Mədəniyyət Mərkəzində fəaliyyət göstərsin. Bu barədə bir söz demək hələ tezdir. Bu teatrlara yeni yerlər də verilə bilər. Teatrların fəaliyyəti hər birimiz üçün lazımdır”. Nazir eləcə də, hazırda Dənizkənarı Milli Parkda fəaliyyət göstərən Bakı Uşaq Teatrının yerləşdiyi binadan çıxarılmasına da münasibət bildirib: “Bakı Uşaq Teatrının fəaliyyəti uşaqların asudə vaxtının səmərəli keçməsinə xidmət edir. Əlbəttə ki, bu teatrın fəaliyyətinin dayandırılması təqdirəlayiq deyil. Biz bu barədə də qərarlar verəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR