Bank Of Baku

Almaniyada Azərbaycan Mədəniyyət İlinin açılış mərasimi martın 27-də keçiriləcək

Almaniyada Azərbaycan Mədəniyyət İlinin açılış mərasimi martın 27-də keçiriləcək
# 30 yanvar 2008 16:26 (UTC +04:00)
Almaniyada Azərbaycan Mədəniyyət İlinin açılış mərasimi martın 27-də keçiriləcək. APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təntənəli açılış mərasiminin Almaniya Dövlət Filarmoniyasında baş tutacağını deyib. Açılış mərasimində xüsusi nümayəndə heyətinin iştirak edəcəyini vurğulayan Ə. Qarayev, tədbirdə mərasimdə tanınmış yerli musiqiçilərin də çıxış edəcəyini bildirib: “Hazırda həm açılış mərasimi, həm də il boyu üçün keçiriləcək tədbirlərlə bağlı proqram hazırlayırıq. İlk dəfədir ki, hər hansısa bir Avropa ölkəsində Azərbaycan Mədəniyyət İli həyata keçirilir. Bu səbəbdən də bizə verilən bu şansdan istifadə etməli və Azərbaycan mədəniyyətini yüksək səviyyədə nümayiş etdirməliyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR