Bank Of Baku

Azərbaycan Dövlət İncəsənət Muzeyində “Gənclər günü” münasibətilə tədbir keçirilib

Azərbaycan Dövlət İncəsənət Muzeyində “Gənclər günü” münasibətilə tədbir keçirilib
# 31 yanvar 2008 15:09 (UTC +04:00)
Bu gün Azərbaycan Dövlət İncəsənət Muzeyində “Gənclər günü” münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin tərəfindən təşkil olunan tədbirdə bəstəkar Arif Məlikov, professor Ramiz Quliyev, şairə Rəna Mirzəyeva və başqaları iştirak ediblər. Tədbirdə bəstəkar Arif Məlikovun tələbəsi Pikə Axundova fortepianoda “6 prelüd”, “Xoral prelüd və fuqa” və başqa əsərləri ifa edib. Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir silsilə xarakter daşıyır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR