Bank Of Baku

Sumqayıtda Üzeyir Hacıbəyovun abidə kompleksi ucaldılacaq

Sumqayıtda Üzeyir Hacıbəyovun abidə kompleksi ucaldılacaq
# 06 fevral 2008 14:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sumqayıt şəhərinin Üzeyir Hacıbəyov küçəsində dahi bəstəkarın abidə kompleksi ucaldılacaq. Sumqayıt şəhər İcra Hakimiyyətindən APA-ya bildirilib ki, abidə küçənin başlanğıcındakı xiyabanda tamet döşəmənin üzərində yerləşdiriləcək və ətrafındakı 600 kvadrat metrlik yaşıllıq sahəsində əsasən çəmən, dekorativ ağac və kolları əkiləcək. Abidənin ümumi hündürlüyü 9,9 m, postamentin oturacaq ölçüsü 7,6 x 7,5 m olacaq. Postament royal formasında olub, qara qranitlə üzlənəcək. Postamentin üzərində 5 metr yüksəklikdə bürüncdən yerləşdiriləcək barelyefin fonu isə ağ mərmərdən üzük qaşı formasında nəzərdə tutulub. Abidənin əks tərəfində eyni fon üzərində milli musiqi alətlərimizin tar, kaman və qavalın tökmə bürüncdən təsviri yerləşəcək. Üzeyir Hacıbəyovun abidəsi Sumqayıt şəhər icra hakimiyyəti başçısının təşəbbüsü ilə tikiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR