Bank Of Baku

“Azərbaycanın aşıq sənəti: müasir durumu və inkişafı perspektivləri” mövzusunda dəyirmi masa keçiriləcək

“Azərbaycanın aşıq sənəti: müasir durumu və inkişafı perspektivləri” mövzusunda dəyirmi masa keçiriləcək
# 11 fevral 2008 09:07 (UTC +04:00)
Bakı.Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanın aşıq sənəti: müasir durumu və inkişafı perspektivləri” mövzusunda dəyirmi masa keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya bildirib ki, tədbir fevralın 12-də Muzey Mərkəzində baş tutacaq. Dəyirmi masanın gündəliyində “Azərbaycan xalqının mədəniyyət tarixində aşıq sənətinin yeri”, “Aşıq sənətinin müasir problemləri: aşıq sənətinin qorunması, inkişafı və dünya səviyyəsində təbliğinə dair təkliflər” və digər məsələlər müzakirə olunacaq. Tədbirin sonunda aşıqların iştirakı ilə konsert proqramı keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR