Bank Of Baku

Türkiyədə tabloları ən baha qiymətə satılan azərbaycanlı rəssam Hümbət Qaracanın növbəti sərgisi açılıb

Türkiyədə tabloları ən baha qiymətə satılan azərbaycanlı rəssam Hümbət Qaracanın növbəti sərgisi açılıb
# 13 fevral 2008 09:46 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. İstanbuldakı “Derinlik” sənət mərkəzində azərbaycanlı rəssam Hümbət Qaracanın növbəti rəsm sərgisi açılıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, sərgidə müəllifin peyzaj və portret janrlarında işlədiyi yağlı boya tabloları nümayiş etdirilir. Bu, ötən il oktyabrın 24-də sənət həyatına H. Qaracanın rəsmləri ilə addım atan “Derinlik” sənət mərkəzində azərbaycanlı rəssamın açdığı ikinci sərgidir. Mərkəzin sahibi Mahmud Müftüoğlu Türkiyə və Avropadakı müştərilərin xahişlərini nəzərə alaraq qısa müddətdə azərbaycanlı rəssamın ikinci sərgisini açmağa qərar verdiklərini bildirib: “İlk sərgidə nümayiş etdirdiyimiz 20 tablonun 15-i açılış mərasimində satılmışdı”.
Qeyd edək ki, 1956-cı ildə Qarayazı mahalında anadan olan H. Qaraca 1992-ci ildən yaradıcılığını İstanbulda davam etdirir. O, indiyə qədər 20 fərdi sərgi açıb, bir çox qrup sərgisində əsərləri nümayiş olunub. Keçən ilin iyununda keçirilən bir hərracda H. Qaracanın yağlı boya ilə çəkdiyi Atatürk portreti 400 min ABŞ dollarına satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR