Bank Of Baku

Azərbaycanın balet truppası Fikrət Əmirovun “Min bir gecə” baleti ilə Türkiyədə çıxış edəcək

Azərbaycanın balet truppası Fikrət Əmirovun “Min bir gecə” baleti ilə Türkiyədə çıxış edəcək
# 15 fevral 2008 13:45 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycanın balet truppası Fikrət Əmirovun “Min bir gecə” baleti ilə İstanbul və Ankarada çıxış edəcək. Azərbaycan Dövlət Akademik Opera və Teatrının mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, fevralın 29-da başlayan qastrol səfəri martın 6-da başa çatacaq. Teatrın balet truppası martın 1, 2 və 3-də İstanbulda, martın 5-də isə Ankara şəhərində çıxış edəcək. Azərbaycanın İstanbuldakı konsulluğunun təşkilatçılığı ilə baş tutan bu səfərə 60 nəfərlik heyət yollanacaq. Baletdə əsas partiyalarda xalq artisti Mədinə Əliyeva, əməkdar artist Kamilla Hüseynova, İslam İslamov, Yelena Skomoroşenko, Alsu Qimadiyeva çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR