Bank Of Baku

“TÜRKSOY”un növbəti qurultayı yaz aylarında Astanada keçiriləcək

“TÜRKSOY”un növbəti qurultayı yaz aylarında Astanada keçiriləcək
# 15 fevral 2008 13:50 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “TÜRKSOY”un növbəti qurultayı yaz aylarında keçiriləcək. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev məlumat verib. Onun sözlərinə görə, qurultayın Qazaxıstanda keçirilməsi nəzərdə tutulur: “Bu toplantı ötən ilin noyabrında Astanada keçirilməli idi. Sonradan təşkilatçılar tərəfdən müəyyən çətinliklər olduğundan tədbir təxirə salındı”. Ə. Qarayev bildirib ki, hazırda qurultayın iş planı üzərində iş gedir. O, qurultayda “TÜRKSOY”un perspektivləri, maliyyə vəsaitlərinin artırılması və digər məsələlərin müzakirə olunacağını deyib.Ə. Qarayev “Leyli və Məcnun” operasunun 100 illiyi ilə bağlı tədbirlərin davam etdiriləcəyini də bildirib. Onun sözlərinə görə, zirvə tədbiri bu ilin iyun ayında YUNESKO-nun qərargahında keçiriləcək: “Biz orada yüksək səviyyədə iştirakı nəzərdə tuturuq. Orada elmi konfrans, operadan fraqmentlərinin təqdimatı olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR