Bank Of Baku

Əbülfəs Qarayev: “Azərbaycanda istehsal olunan bəzi məhsulların üzərində Azərbaycan tarixinə zidd olan xəritələr verilir”

Əbülfəs Qarayev: “Azərbaycanda istehsal olunan bəzi məhsulların üzərində Azərbaycan tarixinə zidd olan xəritələr verilir”
# 15 fevral 2008 15:38 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. “Bu yaxınlarda mən özüm bir fakt aşkarlamışam, Azərbaycanda istehsal olunan bəzi məhsulların üzərində Azərbaycan tarixinə zidd olan xəritələr verilir. Biz onlara qarşı çox ciddi ölçü götürəcəyik. Bununla bağlı artıq işlər görülməyə başlanılıb. Ona görə də mən prosesləri qabaqlamaq istəmirəm”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan mədəniyyət və turuzm naziri Əbülfəs Qarayev deyib. Nazir ABŞ-da fəaliyyət göstərən ermənilərə məxsus “Eye rekord” səsyazma studiyasında Azərbaycan bəstəkarlarının əsərlərinin erməni musiqisi kimi təqdim olunması məsələsinə də münasibət bildirib. Nazir bildirib ki, bu fakta görə “Eye rekord” səsyazma studiyasını məhkəməyə vermək Azərbaycan Müəllif Hüquqları Agentliyinin səlahiyyətindədir: “Belə faktlar aşkarlandıqdan sonra bu barədə həm agentliyə məlumat veririk, həm də dünya ictimaiyyətinə etirazımızı bildiririk”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR