Bank Of Baku

Memar Sinan İnstitutunun rektoru Rəhmi Aksunqur: “Bakıdakı “Azad qadın” heykəlinin mənim üçün mənası çox böyükdür”

Memar Sinan İnstitutunun rektoru Rəhmi Aksunqur: “Bakıdakı “Azad qadın” heykəlinin mənim üçün mənası çox böyükdür”
# 21 fevral 2008 14:39 (UTC +04:00)
Azərbaycanda əsərlərindən ibarət sərgi açılmasının mümkünlüyünü dilə gətirən Rəhmi Aksunqur ölkəmizi öz doğma vətəni saydığını deyib: “Təbii ki, Azərbaycan mənim məmləkətimdir. Bakıya gedəndə özümü öz vətənimdəki kimi hiss etdim. Sanki insanlar hamısı mənim qohum-əqrəbam idi. Ona görə də azərbaycanlı sənətsevər və ziyalılarla əsərlərimi bölüşmək məndə böyük iftixar hissi oyadardı”. Rəhmi Aksunqur Qobustandakı qayaüstü rəsmlərlə ciddi şəkildə maraqlandığını deyib: “O rəsmləri görmüşəm, amma geniş şəkildə analiz etmək imkanım olmayıb. Azərbaycanda böyük mədəniyyət xəzinəsi var. Türk milləti sənət nöqteyi-nəzərindən çox istedadlıdır. Yeganə nöqsanımız istedadımızı dünyaya tanıtdıra bilməməyimizdir. Gələcəkdə bir-birimizə yaxınlaşdıqca buna daha yaxşı müvəffəq olacağıq. Bəzi azərbaycanlı sənətkarların Türkiyədə önəmli yerlərdə olması ilə fəxr edirik. Birlikdə dünya sənət tarixinə daha güclü imzalar ata bilərik”. Bakının mərkəzində “Azad qadın” heykəlinin olduğunu xatırladılması müqabilində Rəhmi Aksunqur İstanbulun mərkəzində də belə bir heykəl hazırlamaq arzusunda olduğunu deyib: “Ancaq bunu sifariş əsasında edə bilərəm. Bildiyiniz kimi, böyük heykəllərin xərci də böyükdür. Bakıdakı “Azad qadın” heykəlinin mənim üçün mənası çox böyükdür. O heykəlin mənasını türklərdən başqa heç kəs anlamaz. Çünki bizim türk millətinin elə köklü ənənələri var ki, adam Azərbaycana gedəndə bunu daha yaxşı anlaya bilir. Azərbaycanda qədim türk dilindən qalma elə sözlər var ki, mən Bakıda onları eşidəndə fəxr edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR