Bank Of Baku

Bakıda “Azərbaycanda idarəetmə mədəniyyəti: Müasir vəziyyəti və perspektivləri” mövzusunda seminar keçiriləcək

Bakıda “Azərbaycanda idarəetmə mədəniyyəti: Müasir vəziyyəti və perspektivləri” mövzusunda seminar keçiriləcək
# 23 fevral 2008 11:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Fevralın 25-də Bakıda “Azərbaycanda idarəetmə mədəniyyəti: Müasir vəziyyəti və perspektivləri” mövzusunda respublika kulturoloji seminar keçiriləcək. Bu barədə APA-ya “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Fuad Məmmədov məlumat veirb. Seminar “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, Azərbaycan Kulturoloqlar Cəmiyyəti və Vətəndaş Cəmiyyətinin Beynəlxalq Mədəniyyət Forumunun birgə təşkilatçılığı ilə həyata keçiriləcək. Tədbirdə akademik Maqsud Əliyev, fəlsəfə doktoru Əhməd Qəşəmoğlu və professor Fuad Məmmədovun çıxışları nəzərdə tutulub. Seminarda dövlət qurumlarının, Milli Elmlər Akademiyasının, ali məktəblərin, beynəlxalq təşkilatlar və fondların rəhbərləri iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR