Bank Of Baku

Azərbaycanda son beş ildə dövlət büdcəsindən yaradıcı təşkilatlara 500 milyon manat vəsait ayrılıb

Azərbaycanda son beş ildə dövlət büdcəsindən yaradıcı təşkilatlara 500 milyon manat vəsait ayrılıb
# 25 fevral 2008 16:22 (UTC +04:00)
Azərbaycanda 2004-2008-ci illər ərzində dövlət büdcəsindən yaradıcı təşkilatlara 500 milyon manat vəsait ayrılıb. APA-nın məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin idarə rəisi Xəqani Rzayev bildirib. Nazirlik rəsmisinin sözlərinə görə, bu vəsait yaradıcı təşkilatların saxlanılmasına, maddi-texniki təminatına və təmir bərpasına xərclənib. Onun sözlərinə görə, dövlətin imkanları artdıqca bu məqsədlə ayrılan vəsaitlər daha da artırılacaq. X. Rzayev Azərbaycanda ancaq bir neçə mədəniyyət ocağının özünü maliyyələşdirə bildiyini deyib: “Heydər Əliyev Sarayı, Dövlət Sirki və digər bu kimi mədəniyyət ocaqları özlərini maliyyələşdirə bilir”. X. Rzayev ölkədəki əksər teatrlara büdcədən subsidiyalar ayrıldığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR