Bank Of Baku

Martın 27-də Berlində Almaniyada Azərbaycan İli tədbirlərinin açılış mərasimi keçiriləcək

Martın 27-də Berlində Almaniyada Azərbaycan İli tədbirlərinin açılış mərasimi keçiriləcək
# 04 mart 2008 15:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Martın 27-də Berlində Almaniyada Azərbaycan İli tədbirlərinin açılış mərasimi keçiriləcək. Üç gün davam edəcək açılış mərasimi çərçivəsində Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konsertləri təşkil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin musiqi sektorunun müdiri Fərəh Əliyeva APA-ya bildirib ki, konsertlərdə Üzeyir Hacıbəyov, Qara Qarayev, Soltan Hacıbəyov, Fikrət Əmirov və digər Azərbaycan bəstəkarlarının əsərləri ifa olunacaq. Almaniyada Azərbaycan ili çərçivəsində martın 28-də Əzizə Mustafazadənin, martın 29-da Alim Qasımovun, martın 30-da isə Salman Qəmbərovla “Bakustik caz” qrupunun konserti keçiriləcək. Berlində “Berlin-Bakı” Rəsm Qalereyasında Azərbaycan rəssamlarının sərgisinin təşkil olunacağını bildirən Fərəh Əliyeva, eyni zamanda Bakı Marionet Teatrının iştirakı ilə Üzeyir Hacıbəyovun “Arşın mal alan” tamaşasının nümayiş olunacağını deyib. Almaniyada Azərbaycan İli çərçivəsində martın 26-dan etibarən Berlində Azərbaycan film festivalı da keçiriləcək. Musiqi sektoru müdirinin sözlərinə görə, bir həftə davam edəcək festival çərçivəsində Azərbaycan kinematoqrafçılarının istehsal etdiyi 7 bədii film nümayiş olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR