Bank Of Baku

Kamil Pissarronun 27 il əvvəl oğurlanmış “Balıq bazarı” əsəri Nyu-Yorkda tapılıb

Kamil Pissarronun 27 il əvvəl oğurlanmış “Balıq bazarı” əsəri Nyu-Yorkda tapılıb
# 07 mart 2008 09:36 (UTC +04:00)
Bu əsər Oqüst Renuarın qadın portreti çəkilmiş əsəri ilə birlikdə 1981-ci ilin noyabrında oğurlanıb. Araşdırmalar zamanı məlum olub ki, bu oğurluqların arxasında məşhur rəsm oğrusu Emil Qelton durur. Lakin oğurluqdan keçən 22 il ərzində bu şəkillərin taleyi barədə heç bir informasiya əldə olunmayıb. 2003-cü ildə Sotheby”™s Evinin nümayəndələri Pissarronun “Balıq bazarı” əsərinin ola biləcəyi yerlə bağlı Eks-le-Ben muzeyinin direktoru ilə əlaqə saxlayıblar. Fransız muzeyinin rəhbərliyi isə öz növbəsində Amerika hüquq-mühafizə orqanları ilə əlaqə saxlayaraq məlumatı dəqiqləşdirmək istəyiblər. Əsərin yeri müəyyənləşib, daha sonra əsər Nyu-York gömrükxanasında ələ keçirilib. Martın 16-da muzeydən oğurluqla bağlı məhkəmə prosesi başlayacaq, prosesdə şəklin indiki sahibi xanım Şeril Devis də ifadə verəcək. Əgər məhkəmə Fransa tərəfinin iddialarını qəbul etsə, o zaman əsər muzeyə qaytarılacaq. Bəzi məlumatlara görə Renuarın oğurlanmış əsəri hazırda Yaponiya kolleksiyaçılarından birindədir, lakin bu faktı hələlik təsdiqləmək mümkün olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR