Bank Of Baku

Azərbaycanın xalq rəssamı vəfat edib

Azərbaycanın xalq rəssamı vəfat edib
# 07 mart 2008 12:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq rəssamı İbrahim Zeynalov martın 6-da 74 yaşında vəfat edib. APA-nın məlumatına görə, bu gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında mərhumla vida mərasimi keçirilib. Vida mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İbrahim Zeynalovun uzun illər Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru vəzifəsində çalışdığını, onun Azərbaycan Dövlət Pedaqoji Universitetində rəssamlıq şöbəsinin yaradıcılarından olduğunu vurğulayıb. Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov isə İ. Zeynalovun paytaxtda ucaldılan bir çox abidənin müəllifi olduğunu qeyd edib. Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR