Bank Of Baku

Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs üzrə direktoru Robert Palmerin Bakıya səfəri başa çatıb

Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs üzrə direktoru Robert Palmerin Bakıya səfəri başa çatıb
# 11 mart 2008 14:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs üzrə direktoru Robert Palmerin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri başa çatıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva APA-ya bildirib ki, martın 6-dan 10-dək davam edən səfərin əsas məqsədi 2008-ci ilin noyabrında Bakıda keçiriləcək Avropa Şurası Mədəniyyət Nazirləri Konfransının təfərrüatları barəsində Azərbaycan tərəfi ilə fikir mübadiləsi aparmaq və təşkilati məsələləri razılaşdırmaq olub. Avropa və islam ölkələrinin, beynəlxalq təşkilatların dəvət olunacağını konfransda Avropa Şurası ilə İSESCO arasında əməkdaşlıq sənədinin imzalana bilər. Bu təşəbbüslə Azərbaycan tərəfi çıxış edib. Bu il 19-21 noyabrda Bakıda keçiriləcək bu konfrans “Bakı prosesi”nin, yəni Avropada mədəniyyət sahəsində yeni bir münasibətlər sisteminin əsasını qoyacaq. Konfransdan bir gün öncə Avropa Şurasının mədəniyyət siyasəti üzrə kompendium layihəsi müəlliflərinin və Kiyev Təşəbbüsü üzrə Regional Proqramın milli koordinatorlarının, həmçinin nazirlərin görüşündə müzakirə olunacaq sənədlərin hazırlanması məqsədilə ekspertlər səviyyəsində iclas keçiriləcək. Bundan başqa səfər zamanı həmçinin Avropa Şurası, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, İSESCO və ALEKSO-nun nümayəndələrindən ibarət işçi qrupunun yaradılması və bu işçi qrupun cari ilin 4 may tarixində Strasburqda ilk iclasının keçirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR