Bank Of Baku

Böyük Britaniya Muzeyində Azərbaycan xalqının tarixi ilə bağlı eksponatların müəyyənləşdirilməsi üçün birgə qrup yaradılıb

Böyük Britaniya Muzeyində Azərbaycan xalqının tarixi ilə bağlı eksponatların müəyyənləşdirilməsi üçün birgə qrup yaradılıb
# 14 mart 2008 10:03 (UTC +04:00)
Böyük Britaniyanın mədəniyyət naziri ilə görüş zamanı ölkələrimiz arasında mədəniyyət və turizm sahəsində sazişin imzalanmasına dair niyyət protokolu imzaladıq. Böyük Britaniyanın muzey və kitabxana mütəxəssisləri təcrübə mübadiləsi aparmaq məqsədilə Azərbaycan dəvət olunacaq”. APA-nın məlumatına görə, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında deyib. Nazir mədəni irsin qorunması sahəsində dünyada ən qabaqcıl təcrübənin Böyük Britaniyaya məxsus olduğunu bildirib: “Böyük Britaniyanın “English Heritage” adlandırılan şirkətinin və Arxeologiya İnstitutunun mütəxəssislərinin Azərbaycanda yeni yaradılmış qoruqların təhlilinə, tədqiqatlarına dəvəti məsələsi artıq öz həllini tapdı. Onlar bu il Azərbaycanda keçiriləcək “İslam və şəhərsalma” mövzusunda beynəlxalq konfransda da iştirak edəcəklər”. Ə. Qarayevin sözlərinə görə, səfər çərçivəsində Azərbaycanda sərgilərin keçirilməsi, Böyük Britaniya Muzeyində Azərbaycan xalqının tarixi ilə bağlı eksponatların müəyyənləşdirilməsi və onların Azərbaycan xalqına məxsus olması istiqamətində araşdırmaların aparılması barədə danışıqlar aparılıb. Nazir bildirib ki, mütəxəssislərdən ibarət birgə qrupun yaradılması və 2009-cu ildə Azərbaycanda Britaniyanın Viktoriya və Albert muzeylərinə həsr olunan tədbirlərin keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR