Bank Of Baku

Krımda kitabxanalar mövzusunda keçirilən foruma Azərbaycan nümayəndə heyəti də qatılıb

Krımda kitabxanalar mövzusunda keçirilən foruma Azərbaycan nümayəndə heyəti də qatılıb
# 10 iyun 2008 09:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Krımda keçirilən “Kitabxanalar və informasiya resursları müasir elm, mədəniyyət, təhsil və biznes aləmində” konfransda Azərbaycanın kitabxana mütəxəssisləri də iştirak edir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, “Krım 2008” XV Beynəlxalq yubiley konfransına Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının və Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası, Gəncə şəhər kitabxanası və Astara rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktorları, Prezident Kitabxanasının, Xəzər və Qafqaz universitetlərini kitabxanalarının mütəxəssisləri qatılıblar. Konfransın birinci iclas günü Azərbaycan mədəniyyətinin, incəsənətinin və tarixinin təbliğinə, habelə ölkəmizin kitabxana sahəsinə və elektron kitabxanaların inkişafına həsr olunub. Bu ilki konfransı ”Kitabxanalar, informasiya və təhsil texnologiyaları vətəndaş cəmiyyətində” mövzusunda keçirilir. “Krım” konfransı kitabxana, nəşriyyat, informasiya mərkəzləri, muzey və arxivlər, elm, mədəniyyət və təhsil müəssisələrinin rəhbər və mütəxəssislərinin, habelə kompüter və İnternet-kompaniyalarının dünya peşəkar forumudur. Konfrans “İnternational Federation of Library Association” (İFLA) himayəsi ilə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR