Bank Of Baku

Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığının Mədəniyyət Günlərinin tədbirlər planı açıqlanıb

Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığının Mədəniyyət Günlərinin tədbirlər planı açıqlanıb
# 10 iyun 2008 09:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. 17-20 iyun tarixlərində Azərbaycanda keçiriləcək Səudiyyə Ərəbistan Krallığının mədəniyyət günləri çərçivəsində konsert, sərgi və tamaşaların nümayişi təşkil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva APA-ya deyib ki, mədəniyyət günlərində iştirak etmək üçün iyunun 15-də Səudiyyə Ərəbistanın tanınmış mədəniyyət və incəsənət xadimləri Bakıya səfər edəcək. Mədəniyyət günlərinin təntənəli açılış mərasimi iyunun 17-də Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. İyunun 18-də Mirzə Fətəli Axundov adına Milli Kitabxanada görüş keçiriləcək, Bədii Sərgi Salonunda “Ərəb karikaturası” adlı karikatura sərgisi, Muzey Mərkəzində isə müxtəlif janrlı rəsm əsərlərindən ibarət sərginin açılış mərasimi keçiriləcək. Həmin gün axşam Dövlət Mahnı Teatrında Səudiyyə Ərəbistan Krallığının teatr ustaları tamaşa ilə çıxış edəcəklər. İyunun 19-da mədəniyyət günləri Sumqayıtda davam edəcək. Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığının Mədəniyyət Günləri iyunun 20-də nümayəndə heyətinin Bakı gəzintisi və konsertdə iştirakı ilə başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR