Bank Of Baku

MDB ölkələrinin Beynəlxalq “Kitab Sənəti” Müsabiqəsində Azərbaycanla bağlı iki kitab qalib seçilib

MDB ölkələrinin Beynəlxalq “Kitab Sənəti” Müsabiqəsində Azərbaycanla bağlı iki kitab qalib seçilib
# 11 iyun 2008 10:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Moskva şəhərində MDB ölkələrinin V Beynəlxalq “Kitab Sənəti” Müsabiqəsi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva APA-ya bildirib ki, müsabiqənin münsiflər heyətində Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu da təmsil olunub. Müsabiqənin yeddi nominasiyanın ikisində Azərbaycanla bağlı kitablar qalib seçilib. Bunlar “Sodrujestvo” nominasiyasında üstünlük qazanan, Heydər Əliyev Fondu ilə İTAR-TASS agentliyinin birgə layihəsi əsasında hazırlanan “Qeydar Aliyev: V Rossii çast moyey duşi” fotoalbomu və “Moya strana” nominasiyasının qalibi “Şəki xan sarayı” (“Tutu” - 2006) nəşrləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR