Bank Of Baku

“Azərbaycan Xalq Cümhuriyyəti. Böyük Britaniyanın arxiv sənədləri” kitabının təqdimatı keçirilib

“Azərbaycan Xalq Cümhuriyyəti. Böyük Britaniyanın arxiv sənədləri” kitabının təqdimatı keçirilib
# 11 iyun 2008 10:55 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Azərbaycan Xalq Cümhuriyyəti. Böyük Britaniyanın arxiv sənədləri” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, AMEA-nın Tarix İnstitutunun nəşrə hazırladığı topluda Azərbaycan Xalq Cümhuriyyətinin indiyədək məlum olmayan səhifələrinə və Azərbaycan-Britaniya münasibətlərinə aydınlıq gətirilib. Topluda 251 sənəd çap olunub. Bu sənədlər, əsasən Forin Ofis siyahılarından tərtib edilib. Bəzi məxfi materiallar isə Britaniyanın Hərbi Departamentinin, Nazirlər Kabinetinin, Maliyyə Nazirliyinin sənədləridir. Sənədlər 1917-ci ildən başlayaraq, xronoloji ardıcıllıqla verilib. Bu sənədlər göstərir ki, 1917-ci ildə bir qrup erməni türk-müsəlmanlara qarşı soyqırım həyata keçirən Andranikə maliyyə yardımı etmək üçün Tehrandakı Böyük Britaniya elçisi Çarlz Merlinqə müraciət edib. İngilis hökumətinin rusların vasitəsilə ermənilərə birinci dəfə 1 milyon rubl, növbəti dəfə isə 2 milyon rubl məbləğində yardım göndərməsi də sənədlərdə əks olunub. Ermənilərin törətdikləri vəhşiliklər Böyük Britaniyanın Qafqazdakı Ali Komissarı O.Vordropun 1919-cu ilin oktyabrın 2-də Londona göndərdiyi raportda İran Xarici İşlər Nazirliyinin Böyük Britaniyanın Diplomatik missiyasına 21 oktyabr 1919-cu il tarixli müraciətində də təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR