Bank Of Baku

Xalq rəssamı Mikayıl Abdullayevin Moskvanın Tretyakov qalereyasında saxlanılan üç əsəri Azərbaycana gətirilib

Xalq rəssamı Mikayıl Abdullayevin Moskvanın Tretyakov qalereyasında saxlanılan üç əsəri Azərbaycana gətirilib
# 11 iyun 2008 13:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq rəssamı, professor Mikayıl Abdullayevin 1964-1965-ci illərdə yaratdığı və Moskvanın Tretyakov qalereyasında saxlanılan üç əsəri (triptix) Azərbaycana gətirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya bildirib ki, bu əsərlər faşizm üzərində qələbənin 40 illiyinə həsr olunmuş sərgidə nümayiş etdirilmək üçün Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 9 aprel 1985-ci il tarixli qərarı ilə 6 ay müddətinə SSRİ Dövlət Rəsm Qalereyasına göndərilib. Həm ötən illər ərzində baş vermiş gərgin ictimai-siyasi proseslər, həm də laqeydlik səbəbindən həmin əsərlər son vaxtlara qədər Rusiya Federasiyasında qalıb. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin və R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin ardıcıl səyləri ilə həmin əsərlərin saxlanıldığı yer müəyyənləşdirilib. Əsərlər ölkəyə gətirilərək Azərbaycan Dövlət İncəsənət Muzeyinin fonduna təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR