Bank Of Baku

Uşaq muğam ifaçılarının respublika müsabiqəsinin qaliblərinin adları açıqlanıb

Uşaq muğam ifaçılarının respublika müsabiqəsinin qaliblərinin adları açıqlanıb
# 11 iyun 2008 13:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Uşaq muğam ifaçılarının IV respublika müsabiqəsinin qaliblərinin adları açıqlanıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə I yerə şuşalı Nigar Məmişova (16 yaş), II yerə Sumqayıt şəhərindən Qurban Həsənov (14 yaş), III yerə Gəncə şəhərindən Sərxan Qasımov (14 yaş), IV yerə Astara rayonundan Elyana Məhərrəmli (14 yaş), 5 həvəsləndirici mükafata isə İsmayıllı rayonundan Kamilə və İlahə Nəbiyevalar (14 və 11 yaş), Tərtər rayonundan İltizam Qasımov (18 yaş), Bakı şəhərindən Minəxanım Əliyeva (16 yaş), Bərdə rayonundan Orxan Mirzəyev (12 yaş) və Kəlbəcər rayonundan Nurlan Camalov (14 yaş) layiq görülüblər.
Qeyd edək ki, qaliblər xalq artistləri Canəli Əkbərov, Səkinə İsmayılova, Ağaxan Abdullayev, Mənsum İbrahimov, əməkdar incəsənət xadimi Ağaverdi Paşayev, əməkdar artist Gülyaz Məmmədovanın təmsil olunduğu münsiflər heyəti tərəfindən seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR