Bank Of Baku

Əlikram Əliyev Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi təyin olunub

Əlikram Əliyev Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi təyin olunub
# 11 iyun 2008 14:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Mədəniyyət və Turizm Nazirliyinin təqdimatı, Bakı şəhər İcra Hakimiyyətinin qərarı ilə Əlikram Əliyev Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi təyin olunub. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov məlumat verib. O bildirib ki, Əlikram Əliyev uzun müddət mədəniyyət sahəsində çalışıb və sonuncu işi Mədəniyyət və Turizm Nazirliyində sektor müdiri olub. Qeyd edək ki, Həsənağa Qurbanovun vəfatından sonra Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə rəis təyin olunmamışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR