Bank Of Baku

Ağstafada Qıraq Kəsəmənli İsrafil ağanın evi uçmaq təhlükəsi altındadır - FOTOSESSİYA

Ağstafada Qıraq Kəsəmənli İsrafil ağanın evi uçmaq təhlükəsi altındadır - <font color=red>FOTOSESSİYA</font>
# 11 iyun 2008 14:32 (UTC +04:00)
APA-nın Qərb bürosunun məlumatına görə, Ağstafa rayonun Qıraq Kəsəmənli kəndində miras qalan və kəndin simvolu sayılan İsrafil ağanın evi dağılmaq üzrədir. 20 əsrin əvvəllərində inşa olunan tarixi abidədə çürümə və tavanın çökməsi müşahidə olunur. Kənd sakinlərinin səyi nəticəsində mülk müasir dövrə qədər qorunub saxlanıb. Kənd sakini Qədir İsgəndərovun sözlərinə görə, İsrafil ağa 1870-ci ildə Qıraq Kəsəmən kəndində anadan olub: “Onun kəndə çox böyük köməyi dəyib. Əvvəllər evin ətrafında yaşıllıq salmışdıq, vaxtında su çatdırmadıq, əkdiyimiz qurudu. İndi baxımsızlıq ucbatından hər gələn söküb aparır, evin bir tərəfini də külək dağıdıb. Hər halda çalışırıq qoruyub saxlayaq, bu, bizim qədim tarixi abidəmizdir və biz İsrafil ağa ilə fəxr edirik". İsrafil ağanın evi rayonun daxili imkanları hesabına 1980-ci ildə yerli ustalar tərəfindən kosmetik təmir edilib. Lakin hazırda bina baxımsızlıq ucbatından tamamilə yararsız hala düşüb. Ağstafa rayon mədəniyyət və turizm idarəsinin rəisi Gülgün Kərimov APA-nın Qərb bürosuna bildirib ki, tarixi abidə olan bu binanın təmirində mütəxəssislərin iştirakı vacibdir: "Bina uzun illər təmir olunmadığından, külək və yağışın təsiri ilə erroziyaya uğrayıb. Amma İsrafil ağanın evinin təmiri artıq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən reallaşdırılır və bu iş 2009-2012-ci illər ərzində həyata keçiriləcək ".
Qeyd edək ki, ümumilikdə Ağstafa rayonunda 52 tarixi abidə var. Bunlardan ikisi dünya, 36-sı ölkə, 14-ü isə yerli əhəmiyyətli abidələrdir.











1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR