Bank Of Baku

Bu gün Hacıbaba Bağırovun ad günüdür

Bu gün Hacıbaba Bağırovun ad günüdür
# 12 iyun 2008 10:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. İyunun 12-si Azərbaycanın xalq artisti Hacıbaba Bağırovun ad günüdür. APA-nın məlumatına görə, H. Bağırovun 10 ilə yaxın rəhbərlik etdiyi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi bu gün mərhum sənətkarın Fəxri Xiyabandakı məzarını ziyarət edib.
Qeyd edək ki, 1931-ci ildə anadan olan Hacıbaba Bağırov 2006-cı ilin oktyabrında dünyasını dəyişib. O, 1996-cı ildən ömrünün son gününə kimi Azərbaycan Dövlət Musiqili Komediya Teatrında direktor vəzifəsində çalışıb. H. Bağırov “Nəğməli könül”, “Hələlik”, “Məşədi İbad”, “Məhəbbət oyunu”, “92 dənə gülüş” və digər tamaşalarda, “Ulduz”, “Sonuncu məhəbbət”, “Qanun naminə”, “Alma, almaya bənzər”, “Onun bəlalı sevgisi” filmlərində unudulmaz rollar yaradıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR