Bank Of Baku

Muğam ifaçılarının IV respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

Muğam ifaçılarının IV respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 12 iyun 2008 14:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında uşaq muğam ifaçılarının IV respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müsabiqənin Azərbaycan xalqının mədəni sərvətlərini qoruyub saxlamaq, inkişaf etdirmək, milli musiqiyə, xalq mahnıları və təsniflərə, muğam sənətinə marağı artırmaq və yeni gənc istedadlı muğam ifaçılarını aşkara çıxarmaq məqsədilə keçirildiyini bildirib. Müsabiqədə 1-ci yeri tutan şuşalı Nigar Məmişova 500 manat pul və I dərəcəli diplom, 2-ci olan Qurban Həsənov (Sumqayıt) 300 manat pul və II dərəcəli diplom, 3-cü olan Sərxan Qasımov (Gəncə) 250 manat pul və III dərəcəli diplom, IV yerin sahibi olan Elyana Məhərrəmli (Astara) isə 200 manat pul və IV dərəcəli diplomla təltif olunublar. Müsabiqənin 5 iştirakçısına həvəsləndirici mükafat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR