Bank Of Baku

Nyu-Yorkun “Poetica Musica” musiqi qrupu Bakıya səfər edəcək

Nyu-Yorkun “Poetica Musica” musiqi qrupu Bakıya səfər edəcək
# 13 iyun 2008 09:32 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. İyunun 15-də Nyu-Yorkun “Poetica Musica” musiqi qrupu Bakıya səfər edəcək. Bu barədə APA-ya ABŞ səfirliyinin mədəni məsələlər üzrə nümayəndəsi Dmitri Taraxovski məlumat verib. Hazırda Türkiyədə qastrol səfərində olan qrupun tərkibində vokalçı, gitara və fleyta ifaçıları daxildir. Qrup iyunun 16-da “Fette de la music” fransız musiqi festivalı çərçivəsində Şirvanşahlar sarayında çıxış edəcəklər. Qrupun həmçinin Şəki, Zaqatala və Gəncədə də çıxışları nəzərdə tutulur. “Poetica Musica” regionlarda, Rostropoviç məktəbində, həmçinin Mərdəkandakı musiqi məktəbində master-klasslar keçəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR