Bank Of Baku

Bu il Bakı Musiqi Akademiyasında ali təhsil almaq üçün müraciət edən xarici vətəndaşların sayı 4 dəfə artıb

Bu il Bakı Musiqi Akademiyasında ali təhsil almaq üçün müraciət edən xarici vətəndaşların sayı 4 dəfə artıb
# 13 iyun 2008 09:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bakı Musiqi Akademiyanda (BMA) aparılan əsaslı təmir işləri bu ilin sentyabrında başa çatacaq. Bu barədə APA-ya BMA-nın prorektoru Yeganə Axundova məlumat verib. Onun sözlərinə görə, hazırda akademiyanın binasında intensiv təmir işləri aparılır: “Hər il sentyabrın 18-də Azərbaycanda Musiqi Günü qeyd olunur. Məhz bu ilin sentyabrın 18-də əsaslı təmirdən sonra Bakı Musiqi Akademiyanın açılışı olacaq”. Prorektor onu da deyib ki, bu il ali təhsil almaq üçün BMA-ya müraciət edən xarici ölkə vətəndaşlarının sayı 4 dəfə artıb: “Xarici tələbələr əsasən vokal və fortepiano üzrə təhsil almaq üçün bizim akademiyaya gəlirlər. Son iki il ərzində bizim akademiyada təhsil almaq istəyən xarici vətəndaşların sayı həddindən artıq çox artıb. Bu da o deməkdir ki, bizdə təhsil həqiqətən də güclüdür. Həmin xarici tələbələr arasında aspirantura və doktoranturada təhsil alanlar da var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR