Bank Of Baku

Mikayıl Abdullayevin Rusiyadan gətirilən əsərlərinin təqdimatı keçirilib

Mikayıl Abdullayevin Rusiyadan gətirilən əsərlərinin təqdimatı keçirilib
# 13 iyun 2008 12:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Azərbaycan Dövlət İncəsənət Muzeyində xalq rəssamı, professor Mikayıl Abdullayevin uzun illər Moskvanın Tretyakov qalereyasında saxlanılan və bu yaxınlarda ölkəyə gətirilən əsərlərinin təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Dövlət İncəsənət Muzeyinin direktoru İsrafil İrsafilov əsərlərin 1964-1965-ci illərə aid olduğunu, 1985-ci ildə faşizm üzərində qələbənin 40 illiyinə həsr edilmiş sərgidə nümayiş etdirilmək üçün 6 aylıq müddətə SSRİ Dövlət Rəsm Qalereyasına göndərildiyini bildirib. Lakin SSRİ-nin dağılması prosesi, eyni zamanda aşkar laqeydlik səbəbindən əsərlər uzun illər Rusiyada qalıb. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, eləcə də R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin ardıcıl səyləri ilə əsərlərin saxlanıldığı yer müəyyən edilib və ölkəyə gətirilərək Dövlət İncəsənət Muzeyinin fonduna təhvil verilib. Muzey direktoru bildirib ki, Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrinin digər ölkələrdə saxlanılan əsərlərinin vətənə gətirilməsi davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR