Bank Of Baku

Azərbaycan Qırğızıstan və Belarusda keçiriləcək beynəlxalq kinofestivalda təmsil olunacaq

Azərbaycan Qırğızıstan və Belarusda keçiriləcək beynəlxalq kinofestivalda təmsil olunacaq
# 14 iyun 2008 11:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan avqustda Qırğızıstanda keçiriləcək İssıkkul Beynəlxalq Kinofestivalında iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov APA-ya deyib ki, Azərbaycan bu festivalda 1 bədii, 1 sənədli və 1 cizgi filmi ilə təmsil olunacaq. Y.Şeyxov bildirib ki, Azərbaycan bu ilin sentyabrında Belarusda keçiriləcək beynəlxalq cizgi filmləri festivalında da iştirak edəcək. Bu festivalda rejissor Cavid Əhədovun “Mərhəmətli dad” animasiya filmi nümayiş olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR