Bank Of Baku

Azərbaycan Səudiyyə Ərəbistanı Krallığı ilə müştərək bir neçə bədii film istehsal edəcək

Azərbaycan Səudiyyə Ərəbistanı Krallığı ilə müştərək bir neçə bədii film istehsal edəcək
# 17 iyun 2008 11:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Səudiyyə Ərəbistanı Krallığı ilə müştərək bir neçə bədii film istehsal edəcək. APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri İyad Bin Əmin Əl-Mədəni deyib. O bildirib ki, filmlər müxtəlif mövzuları əks etdirəcək: “Filmlərdən biri Azərbaycanın yerləşdiyi çoğrafi məkana, digəri neft ixrac edən Səudiyyə Ərəbistanı və Azərbaycan haqqında olacaq. Bu layihə çərçivəsində eləcə də Azərbaycan və Səudiyyə Ərəbistan qadınları haqqında və iki ölkənin milli dəyərlərinin əks olunduğu filmin hazırlanması da planlaşdırılır”. Nazir qeyd edib ki, bu layihənin icrasına yaxın vaxtlarda başlanılması nəzərdə tutulur. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə Səudiyyə Ərəbistanının televiziya kanallarında Azərbaycanın bədii və sənədli filmlərinin nümayişinin təşkil olunacağını açıqlayıb. Nazir artıq Bakıda səfərdə olan nümayəndə heyətinin rəhbərliyinə altı bədii, beş sənədli filmin təqdim olunduğunu və filmlər arasında seçimi qonaqların edəcəyini bildirib. Nazir bu filmlərin Ərəbistan kanallarında nümayişi üçün ərəb dillərinə tərcümə olunacağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR