Bank Of Baku

Azərbaycan yazıçılarının əsərləri ərəb dilinə tərcümə olunacaq

Azərbaycan yazıçılarının əsərləri ərəb dilinə tərcümə olunacaq
# 17 iyun 2008 12:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan yazıçılarının əsərləri ərəb dilinə tərcümə olunacaq. APA-nın məlumatına görə, bu barədə tədbirdə çıxışı zamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir tərcümə olunmuş əsərlərin Səudiyyə Ərəbistanında yayımlanacağını vurğulayıb. Bundan başqa Səudiyyə Ərəbistanı ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində mütəmadi olaraq Azərbaycanda ərəb rəssamlarının, Səudiyyə Ərəbistanında isə Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgilər keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR