Bank Of Baku

Bakıda “Ərəb karikaturası” sərgisi açılıb

Bakıda “Ərəb karikaturası” sərgisi açılıb
# 18 iyun 2008 10:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanda Səudiyyə Ərəbistan Krallığının Mədəniyyət Günləri çərçivəsində bu gün Bədii Sərgi Salonunda “Ərəb karikaturası” sərgisinin açılışı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva iyunun 17-dən başlayan Səudiyyə Ərəbistanın Mədəniyyət Günlərinin böyük maraqla qarşılandığını deyib. Nazir müavini iyunun 21-nə kimi davam edəcək mədəniyyət günləri çərçivəsində mədəniyyətin müxtəlif istiqamətlərini əks etdirən tədbirlərin keçiriləcəyini vurğulayıb. Səudiyyə Ərəbistan Krallığının mədəniyyət və informasiya naziri Abubəkir Bahader tamaşaçıların diqqətinə görə təşəkkürünü bildirib. O, sərgidə ərəb qadın rəssamlarının 40-a yaxın karikatura əsərinin nümayiş etdirildiyini qeyd edib. A. Bahader həmçinin Azərbaycanın zəngin mədəniyyətə malik olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR