Bank Of Baku

Beynəlxalq Kino Məktəbində kinoaktyor ixtisası üzrə sənəd qəbulu başlanılıb

Beynəlxalq Kino Məktəbində kinoaktyor ixtisası üzrə sənəd qəbulu başlanılıb
# 18 iyun 2008 11:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Beynəlxalq Kino Məktəbində kinoaktyor ixtisası üzrə sənəd qəbulu başlanılıb. Məktəbin direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev APA-ya deyib ki, bu ildən etibarən tədris olunacaq kinoaktyor ixtisasının imtahanları sentyabrda keçiriləcək. Həmin imtahanlarda Beynəlxalq Kino Məktəbinin təsisçisi, xalq yazıçısı Rüstəm İbrahimbəyov və ölkənin bir neçə tanınmış kino xadimləri iştirak edəcək. C. Quliyev deyib ki, sənəd verən tələbələr arasında İran və Türkiyə vətəndaşları da var. İxtisas rus və Azərbaycan dillərində tədris olunacaq. Hər bölmədə 10 tələbə təhsil almaq hüququ qazanacaq. Kinoaktyor kursunda 16-25 yaş arasında tələbələr təhsil alacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR