Bank Of Baku

Azərbaycanda “Astananın çiçəklənməsi - Qazaxıstanın çiçəklənməsidir” adlı fotosərgi açılıb

Azərbaycanda “Astananın çiçəklənməsi - Qazaxıstanın çiçəklənməsidir” adlı fotosərgi açılıb
# 18 iyun 2008 16:16 (UTC +04:00)
Bakı. Laçın Sultanova APA. Bu gün Bakının Şirvanşahlar Sarayında Qazaxıstanın yeni paytaxtı Astananın 10 illiyinə həsr olunan “Astananın çiçəklənməsi - Qazaxıstanın çiçəklənməsidir” adlı fotosərgi açılıb. APA-nın məlumatına görə, sərginin açılışında iştirak edən Qazaxıstan Senatının sədri Qasımcomərd Tokayev Astananın tarixindən danışıb, paytaxtın Almatıdan Astanaya köçürülməsi ideyasını Heydər Əliyevin də dəstələdiyini bildirib. O, sərginin Azərbaycan parlamentinin 90 illiyi ərəfəsində keçirilməsini Azərbaycan və Qazaxıstan arasındakı dostluq və qardaşlıq münasibətlərinin nümunəsi kimi qiymətləndirib. Millət vəkili Arif Rəhimzadə Astanaya bir neçə dəfə səfər etdiyini xatırladıb: “Astana 10 il ərzində inkişaf edən Qazaxıstanın gözəl paytaxtına çevrilib. Hazırda yarım milyondan çox əhalisi olan Astana gələcəkdə meqapolis olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR