Bank Of Baku

Aqşin Əlizadənin “Ümid valsı” baletinin təqdimatı keçirilib

Aqşin Əlizadənin “Ümid valsı” baletinin təqdimatı keçirilib
# 19 iyun 2008 12:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Aqşin Əlizadənin “Ümid valsı” balet tamaşasının təqdimatı keçirilib. APA-nın məlumatına görə, tamaşanın quruluşçu baletmeysteri Azərbaycanda yaşayan albaniyalı xoreoqraf Pulumb Aqilli, dirijoru xalq artisti Cavanşir Cəfərov, teatr rəssamı isə əməkdar rəssam Tahir Tahirovdur. Tamaşada əməkdar incəsənət xadimi Yulana Əlikişizadənin rəhbərlik etdiyi balet truppasının sənətçiləri çıxış edirlər. Səlminaz obrazını əməkdar artist Kamilla Hüseynova, Elmurad obrazını İslam İslamov, Hacı Zeynalabdin Tağıyev obrazını truppanın solisti Rüfət Şəfiyev canlandırır. A. Əlizadə bildirib ki, “Ümid valsı” XX əsrin əvvəllərində Azərbaycanın paytaxtı Bakıda mövcud olan mürəkkəb ictimai-siyasi durum və keşməkeşli həyatın fonunda iki gəncin - Elmurad və Səlminazın məhəbbəti, onların öz sevgilərini qoruyub saxlamaq uğrunda mübarizəsi, həyata, gələcəyə nikbin baxışlarından bəhs edir. Onun sözlərinə görə, əsərdə önəmli cəhətlərdən biri də ilk dəfə olaraq məşhur azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin obrazının yaradılmasıdır. Baletin premyerası iyunun 21-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR