Bank Of Baku

UNESCO-nun mənzil-qərargahında “Leyli və Məcnun” operasının ilk dəfə tamaşaya qoyulmasının 100 illik yubileyi qeyd ediləcək

UNESCO-nun mənzil-qərargahında “Leyli və Məcnun” operasının ilk dəfə tamaşaya qoyulmasının 100 illik yubileyi qeyd ediləcək
# 19 iyun 2008 15:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. İyunun 24-də UNESCO-nun mənzil-qərargahında Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının ilk dəfə tamaşaya qoyulmasının 100 illik yubileyi qeyd ediləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva APA-ya deyib ki, iyunun 25-də isə Luvr Muzeyinin “Auditorium” konsert salonunda görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 90 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək. Sözügedən tədbirlərdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinin tərkibində Azərbaycan Dövlət Opera və Balet Teatrının aktyorları, xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova, Azərbaycan Dövlət Pantomim Teatrının rejissoru və aktyorları, Azərbaycan Dövlət Simli alətlər kvarteti və digər məşhur musiqiçilər təmsil olunacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR