Bank Of Baku

Həftəsonu Akademik Musiqili Teatrda "Ər və arvad” oynanılacaq

Həftəsonu Akademik Musiqili Teatrda "Ər və arvad” oynanılacaq
# 20 dekabr 2019 16:30 (UTC +04:00)

Dekabrın 21-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Üzeyir Hacıbəylinin "Ər və arvad” musiqili komediyası nümayiş olunacaq. 

APA-nın məlumatına görə, teatrın səhnəsində 80-ci dəfə oynanılacaq tamaşanın sonuncu quruluşu tanınmış rejissor Yusif Əkbərova aiddir.

"Ər və arvad”ın quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar rəssam Eldar Qurbanov, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Tamilla Aslanovadır. 

Rolları Xalq artistləri – professor İlham Namiq Kamal, Fatma Mahmudova,  Əməkdar artistlər – Ələkbər Əliyev, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar – Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Ruslan Mürsəlov və başqaları ifa edəcəklər. 

6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN xidmət” mərkəzlərindən, eləcə də "ITicket.az” saytından əldə etmək olar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR