Rusiyanın Xalq artisti, tanınmış sovet-rus aktyoru Andrey Vasilyeviç Myaqkov 82 yaşında vəfat edib.
APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” məlumat yayıb.
Qeyd edək ki, Andrey Myaqkov “Qəribə təsadüf və ya həmişə təmizlikdə” (Lukaşin), “İşdə məhəbbət macərası” (Novoselsev), “Qaraj” (Xvostov) və s. filmlərdə çəkilib.