Bank Of Baku

Aktyor Ziya Ağa "Azdrama"dan ayrılıb

Aktyor Ziya Ağa "Azdrama"dan ayrılıb
# 14 sentyabr 2023 11:10 (UTC +04:00)

Akademik Milli Dram Teatrının aktyoru Ziya Ağa teatrdan ayrılıb.

APA xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında məlumat paylaşıb.

Aktyor ayrılmağının səbəbini iş qrafikinin uyğun gəlməməsi ilə əlaqələndirib:

"Teatrda bu sezon üçün düşünülən, həqiqətən də, uğurlu hesab etdiyim, teatrın gələcəyi üçün uğurlu perspektiv vəd edən planları, iş qrafiki mənim planlarımla üst-üstdə düşsə belə, iş qrafikimlə üst-üstə düşmədiyindən teatrdan ayrılmalı oldum".

Ziya Ağa teatrın gələcəyi üçün maneə olan hər kəsin kimliyindən asılı olmayaraq oradan uzaqlaşmalı və ya uzaqlaşdırılmalı olduğunu da qeyd edib.

Məsələ ilə əlaqədar teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı APA-nın sorğusuna cavab olaraq vurğulayıb ki, aktyor Ziya Ağa Akademik Milli Dram Teatrından öz xahişi, ərizəsi ilə işdən azad olunub.

"Ziya Ağa sosial şəbəkə hesabında bununla bağlı ətraflı yazıb, teatr rəhbərliyinə təşəkkür edib, kollektivə uğurlar arzu edib. Biz də Ziya Ağaya bütün işlərində uğurlar arzu edirik. Yolu açıq olsun!"

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR