Bank Of Baku

Azərbaycanda opera müğənnisi vəfat edib

Azərbaycanda opera müğənnisi vəfat edib
# 23 fevral 2023 22:15 (UTC +04:00)

Azərbaycan Opera və Balet Teatrının solisti, Beynəlxalq opera festivalları laureatı, Azərbaycanın xalq artisti, prezident mükafatçısı, baş opera müğənnisi Əli Əsgərov 62 yaşında dünyasını dəyişib.

Bu barədə APA-ya onun sənət dostları məlumat verib.

Mədəniyyət Nazirliyi müğənninin ölümü ilə bağlı nekroloq yayıb. Nekroloqda deyilir:

"Azərbaycan mədəniyyətinə itki üz verib. Tanınmış vokalçı, Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Əli Əsgərov fevralın 23-də, ömrünün 62-ci ilində vəfat edib.

Əli Rəhim oğlu Əsgərov 25 noyabr 1961-ci ildə Bakıda anadan olub. Ü.Hacıbəyli adina Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal şöbəsini və aspiranturasını bitirib. 1989-cu ildən Akademik Opera və Balet Teatrının solisti idi. Teatrın səhnəsində bir çox opera tamaşalarında, eləcə də Fransa, Almaniya, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan və s. ölkələrdə opera festivallarında, vokal müsabiqələrində çıxış edib, laureat adını qazanıb. 1997-ci ildə Bakıda Bülbül adına Vokalçılarin I Beynəlxalq Müsabiqəsinin “Qran Pri” mükafatçısı olub.
1998-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artisti”, 2012-ci ildə “Xalq artisti” fəxri adlarına, dəfələrlə Prezident mükafatına layiq görülüb".

Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR