Bakıda Slovakiya qrafikalarından ibarət sərgi keçiriləcək.
Slovakiyanın ölkəmizdəki səfirliyindən bu barədə APA-ya bildirilib.
Məlumata əsasən, səfirliyin təşkilatçılığı ilə 27 may – 9 iyun tarixlərində Bakıda baş tutacaq “Biennali Bratislava illüstrasiyaları” sərgisində slovak illüstratorların əsərləri nümayiş etdiriləcək.
Təqdim ediləcək əsərlər 60-dan çox Qran Pri qaliblərinə məxsusdur.