Bank Of Baku

Cəmil Fərəcov "Qurd qapısı" qəbiristanlığında dəfn edilib - FOTO

Cəmil Fərəcov "Qurd qapısı" qəbiristanlığında dəfn edilib - FOTO
# 02 avqust 2023 12:51 (UTC +04:00)

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcov dəfn olunub.

APA xəbər verir ki, mərhumla əvvəlcə Təzə Pir Məscidində vida mərasimi keçirilib.

Mərasimdə kinorejissorun sənət dostları, ailəsi və yaxınları, həmçinin media mənsubları iştirak edib.

Daha sonra Cəmil Fərəcovun cənazəsi “Qurd qapısı” qəbiristanlığına aparılaraq dəfn olunub.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcov uzun sürən xəstəlikdən sonra dünən vəfat edib.

O, 1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb.

Kinorejissorun "Arvadım Mənim, Uşaqlarım Mənim" , "Azərbaycan" dünyanı gəzir", "Azərbaycan"da dəniz səyahəti", "Ağır şkaf", "Axırıncı maqın sonu", "Foto həvəskarı", "Kimdir müqəssir?" və digər onlarla filmdə rejissor kimi imzası var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR