Bank Of Baku

Deputat Azərbaycan rəssamlarının əsərlərinin xaricdə satılmasına münasibət bildirib

Deputat Azərbaycan rəssamlarının əsərlərinin xaricdə satılmasına münasibət bildirib
# 28 fevral 2023 13:19 (UTC +04:00)

“Elə rəsm əsərlərimiz var ki, onları dünyaya çatdırmaq lazımdır. Elə əsərlər də var ki, öz fondumuzda saxlanmalıdır”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr zamanı Azərbaycanın məşhur rəssamlarının əsərlərinin xaricdə satılması ilə bağlı məsələyə toxunan Naxçıvan Rəssamlar Birliyinin sədri, deputat Ülviyyə Həmzəyeva deyib.

Ülviyyə Həmzəyeva bildirib ki, rəsm əsərlərinin təqlidi çox böyük vüsət tapıb: “Bilinmir ki, əsərin əslidir, ya kopyası. Bu zaman milli təhlükəsizlik problemi yaşayırıq. Düşünürəm ki, ölkəmizə, xalqımıza məxsus olan əsərlərə daha çox diqqət edilməli və özümüzdə qalmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR