Bank Of Baku

Deputat Cahangir Novruzovun Azərbaycana qayıtmasını istəyir: Gəlib, sənətimizdəki boşluğu doldursun

Cahangir Zeynalov

© APA | Cahangir Zeynalov

# 11 aprel 2025 11:17 (UTC +04:00)

“Cahangir Novruzovun ölkəyə qayıtması məsələsini qaldırmaq istəyirəm”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səyyad Aran deyib.

Deputat bildirib ki, Cahangir Novruzov Adanada teatr yaradıb, orada insanlara elm öyrədir: “Sənət məbədimizdə bu gün dava-dalaş gedir. Sənət cameəmiz görün nə vəziyyətdədir? Ona görə də Cahangir Novruzovla maraqlanmaq, onu dəvət etmək lazımdır. İstedad 100 ildə 1 dəfə yetişir. Mən çox arzulayardım ki, gəlib, sənətimizdə boşluğu doldursun. Əlaqədar təşkilatlar Cahangir Novruzovla danışıb, onu vətənə dəvət etsin”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR