Biz Milli Məclisin Mədəniyyət komitəsinə televiziya rəhbərlərini dəvət edib, dəfələrlə söhbətlər etmişik. Bizə cavab verilir ki, bu cür bayağılığı efirə verməyə məcburdurlar.
APA xəbər verir ki, bunu Milli Məclisin deputatı Jalə Əliyeva Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin "Mahnılarımız monitorinq aynasında" adlı tədbirində çıxışı zamanı deyib.
Deputat sözügedən məcburiyyətin təfərrüatını açıqlayıb: "Çünki reklamçı ciddi layihələrə reklam vermir. Televiziya isə reklamla ayaqda durur. Amma burada hansısa reklamçının maraq və zövqünə uymaq böyüməkdə olan nəsli təhlükəyə sürükləyir".